“Şahane bir şey yaşamak” mahnısına görə tənqid olunan Sezen Aksu susqunluğunu pozub.
OLAY yazır ki, o, bütün iradlara sosial şəbəkə hesabında açıqlama yayıb. Sezen ona dəstək olan hər kəsə təşəkkür edib:
“Əvvəla anlayışlı davranaraq məsələnin araşdırılmasını istəyən, dəstək mesajları yazan, zəng edən, tandığım, tanımadığım bütün dostlara təşəkkür edirəm. Məlumdur ki, mövzu mən deyiləm, mövzu məmləkətdir. Özümü bildiyim gündən fərqli insanlıq olaylarını müşahidə edib yazıram. Məsələn, “Hop dedik” mahnısını 2010-da, “Avcı”nı isə dünən yazmışam. Nəticə etibarilə 47 ildir yazıram, yazmağa da davam edəcəm”.