İncəsənət
İncəsənət

“Azərbaycanfilm”in rəhbərliyi istefa verdi

“Azərbaycanfilm”in rəhbərliyi istefa verdi

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov tutduqları vəzifədən azad ediliblər.

OLAY yazır ki, hər iki şəxsin işdən çıxarılması öz ərizələri əsasında baş verib.

Nazim Hüseynov Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, işdən çıxmasının səbəbləri barədə danışmaq istəməyib.

Adının çəkilməsini istəməyən bir neçə aktyor isə iddia edir ki, onların işdən çıxmasına səbəb kinostudiyanın fəaliyyətsizliyidir.