İncəsənət
İncəsənət

“Euronews” Azərbaycanın xalq rəqsləri ilə bağlı süjet yayımlayıb

“Euronews” Azərbaycanın xalq rəqsləri ilə bağlı süjet yayımlayıb

Dünyanın aparıcı telekanalı “Euronews” Azərbaycanın folklor mahnıları, xalq rəqslərindən süjet hazırlayıb.

OLAY yazır ki, süjetdə xalq rəqslərinin Azərbaycan mədəniyyətində xüsusi yer tutması vurğulanır. Qeyd edilir ki, Azərbaycanın folklor mahnıları xoreoqrafiyası ilə birləşərək milli rəqsləri təşkil edir.

“Azərbaycan xalq rəqsinin mənşəyi yüz illərlə yaşı olan tarixə və irsə gedib çıxır. Zərifliyi və atletik hərəkətləri böyük harmoniya ilə birləşdirən rəqslər üslubca dərin fərqlərə malikdir”, - deyə süjetdə qeyd olunur.

Diqqətə çatdırılır ki, 1938-ci ildə yaradılan Azərbaycan Dövlət Rəqs Ansamblı hər il dünyanı gəzir:

“Milli paltar, saç düzümü və bəzəklə bağlı heç bir detal unudulmur. Rəqs rejissorunun vəzifəsi təkcə hərəkətləri deyil, həm də geyimləri nümayiş etdirən maraqlı proqram hazırlamaqdır”.