Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini Səbinə Əsədova vəzifəsindən azad edilib.
OLAY “Qafqazinfo”ya istinadən yazır ki, bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmri imzalayıb.
S. Əsədova bundan sonra teatrda fəaliyyətini truppa müdiri kimi davam etdirəcək.
Qeyd edək ki, o, 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.