Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Milli Teatr Mükafatı”nın təqdimetmə mərasimi keçirilib.
OLAY yazır ki, mərasimdə mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov da olub və mükafatları təqdim edib.
“Ən yaxşı tamaşa” nominasiyası üzrə mükafat Akademik Milli Dram Teatrında “Ölülər” tamaşasına, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında “Sənətkarın taleyi” tamaşasına, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Kod adı: V.X.A” tamaşasına və Şuşa Dövlət Dram Teatrında “Lənkəran xanının vəziri” tamaşasına təqdim olunub.
“Ən yaxşı kişi rolu” Xalq artisti Nurəddin Mehdixanlı və Xalq artisti Qabil Quliyevə, “Ən yaxşı qadın rolu” Xalq artisti Bəsti Cəfərova və Əməkdar artist Mehriban Xanlarovaya, “Ən yaxşı qadın rollarının ifaçısı” Xalq artisti Pərvanə Qurbanovaya verilib.
“Bölgə teatrlarına dəstəyə görə” Xalq artisti Firəngiz Mütəllimova mükafata layiq görülüb.
“Milli teatrın inkişafındakı xidmətlərinə görə” nominasiyası üzrə mükafatlar Xalq rəssamı Nazim Bəykişiyevə, Xalq artisti Rafiq Əzimova, Xalq artisti İlham Namiq Kamala, Əməkdar mədəniyyət işçisi Maqbet Bünyadova verilib.
“Ən yaxşı rəssam işi” nominasiyası üzrə İqbal Əliyev, “Akademik Milli Dram Teatrı”nda uşaq rollarının ən yaxşı ifaçısı” nominasiyası üzrə Aylin Həşimova, “Teatr irsinin qorunmasındakı xidmətlərinə görə” Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, “Ən gənc Leyli” nominasiyası üzrə Rəvanə Əmiraslanlı, “Ən yaxşı işıq rəssamı” üzrə Rafael Vaqifoğlu və Vadim Kuskov, “Tamaşalarda mürəkkəb texniki quruluşa görə” İsa Əsədov mükafatlandırılıb.