Almaniyada vəfat edən Azərbaycanın və Tacikistanın Xalq artisti Leyla Şərifovanın cənazəsinin yandırılması ilə bağlı məlumat yayılıb.
OLAY moderator.az-a istinadən yazır ki, ailənin yaxın dostu Əmirəli Qızıllı məlumatı təsdiqləyib. O bildirib ki, bu, mərhumun öz vəsiyyəti olub:
“Bilirsiniz ki, Leyla xanım bir neçə gündür Almaniyada dünyasını dəyişib. Düsseldorf şəhərində onunla vida mərasimi təşkil olunub. Dünən nəvəsi Əmir ilə danışdım. Nəvəsi belə dedi: Nənəm vəsiyyət edib ki, məni yandırıb, külümü dənizə səpərsiniz. Nəvəsi dedi ki, onun vəsiyyətini yerinə yetirəcəyik. Azərbaycanda buna reaksiyaların necə olacağını isə artıq bilmirəm”.
Qeyd edək ki, L.Şərifovanın atası izmirli, anası isə azərbaycanlı olub. O, Bakıda doğulub və bakılı olmasını hər zaman müsahibələrində bildirib.