2024-cü ilin bitməsinə sayılı günlər qalıb. İl ərzində sənət aləmində bir çox məşhur dünyasını dəyişib. 

OLAY Axşam.az-a istinadən 2024-cü ildə itirdiyimiz məşhurların siyahısını təqdim edir. 

İlin ən gözlənilməz ölüm xəbəri Əməkdar artist Aygün Bəylərin olub. Müğənni bu ilin yanvarında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. A.Bəylər uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. 

2024-də itirdiklərimiz...Əməkdar artist Gülbahar Şükürlü 2024-cü ilin yanvarında vəfat edib. 62 yaşlı qarmon ifaçısı uzun müddət xərçəngdən əziyyət çəkib. 

2024-də itirdiklərimiz...Əməkdar artist Cavanşir Məmmədov bu ilin aprelində dünyasını dəyişib. Müğənninin ölümünə səbəb ürəktutması olub.

2024-də itirdiklərimiz...Əməkdar artisti Kifayət Gəncəli bu ilin sentyabrında vəfat edib. Onun ölümünə səbəb ürək çatışmazlığı olub.

2024-də itirdiklərimiz...Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Rafiq İbrahimov vəfat edib. O, uzun müddət xərçəngdən əziyyət çəkib.

2024-də itirdiklərimiz...Bir neçə gün əvvəl uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli vəfat edib. Sənətçi əməliyyat olunmağa hazırlaşırdı. Amma səhhəti qəfil pisləşib və dünyasını dəyişib.

2024-də itirdiklərimiz...Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bu ilin aprelində vəfat edib. O, 87 yaşında dünyasını dəyişib.

2024-də itirdiklərimiz...Azərbaycanlı musiqiçi Antiq Seyidov 2024-cü ildə vəfat edib. Nağara ifaçısı bu ilin sentyabrında dünyasını dəyişib.

2024-də itirdiklərimiz...Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Elmira Hüseynova bu ilin avqustunda vəfat edib. Bildirilib ki, mərhum uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

2024-də itirdiklərimiz...Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko bu il vəfat edib. 48 yaşında dünyasını dəyişən aktyorun ölüm səbəbi açıqlanmayıb.

2024-də itirdiklərimiz...Xalq artisti, opera müğənnisi Şahlar Quliyev 78 yaşında vəfat edib.

2024-də itirdiklərimiz... Əməkdar artist   Zemfira Nəcəfova vəfat edib. Aktrisa 74 yaşında dünyasını dəyişib.

2024-də itirdiklərimiz...Tanınmış meyxanaçı Elnur Valeh bu ilin iyulunda vəfat edib. Meyxanaçı uzun müddət şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkib. O, toy məclisindən çıxarkən halı pisləşib və komaya düşüb. 

2024-də itirdiklərimiz...Mingəçevir şəhərində yaşayan tanınmış xanəndə Ramiz Bəşirov vəfat edib. Bu ilin noybarında dünyasını dəyişən muğam ifaçının uzun müddət səhhətində problem olub.

2024-də itirdiklərimiz...Əməkdar artist Sahibə Əhmədova da 2024-cü ildə dünyasını dəyişənlərdən olub. Aktrisa uzun müddət xərçəngdən əziyyət çəkib.

2024-də itirdiklərimiz...Aktrisa Naibə Əlibəyova bu ilin martında vəfat edib. O, uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib.

2024-də itirdiklərimiz...Xalq artisti Tofiq Mövləvi bu ilin mayında vəfat edib. Aktyor 85 yaşında dünyasını dəyişib.

2024-də itirdiklərimiz...Aparıcı Murad Muradov bu ilin mayında vəfat edib. O, uzun müddət xəstəxanada müalicə alıb.

2024-də itirdiklərimiz...Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Rahib Əliyev bu ilin martında vəfat edib.

2024-də itirdiklərimiz...Cazmen, pianoçu, bəstəkar və aranjimançı Rövşən Rzayev bu ilin mayında vəfat edib.

2024-də itirdiklərimiz...