İncəsənət
İncəsənət

Qardaşından sonra özü də vəfat etdi

Qardaşından sonra özü də vəfat etdi

Əməkdar artist, skripka ifaçısı Esmira Babayeva vəfat edib.

OLAY yazır ki, bu barədə APA-ya onun bacısı Nüşabə Babayeva-Vəkilova məlumat verib.

O, bacısının bu gün səhər saatlarında vəfat etdiyini bildirib.Esmira Babayeva bu gün dəfn ediləcək.

Qeyd edək ki, Esmira Babayeva 1947-ci ildə doğulub. O, “Dan ulduzu” instrumental ansamblının ilk skripka ifaçısı olub.

Xatırladaq ki, Esmira Babayeva bu yaxında vəfat edən bəstəkar Mobil Babayevin bacısıdır.