İncəsənət
İncəsənət

Pantomim Teatrı Beynəlxalq Festivalda mükafat qazandı

Pantomim Teatrı Beynəlxalq Festivalda mükafat qazandı

2023-cü il 7–12 dekabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində "Aytmatov və teatr" Vl Beynəlxalq Teatr Festivalı baş tutub. Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Rusiya Federasiyasının teatrları iştirak edib.

Müxtəlif ölklərdən gələn teatr kollektivləri Çingiz Aytmatov adına Qırğızıstan Dövlət Rus Milli Teatrında Aytmatovun əsərləri əsasında hazırlanmış tamaşaları nümayiş etdiriblər.

Azərbaycan Dövlət Pantomim Teatrının kollektivi festivalda Çingiz Aytmatovun “Əsrə bərabər gün” əsəri əsasında hazırladıqları “Manqurt” tamaşası ilə ölkəmizi təmsil edib.

Azərbaycan Dövlət Pantomim Teatrının kollektivi Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri və Qırğızıstanın teatr xadimləri ittifaqı tərəfindən Çingiz Aytmatovun əsərlərinin özünəməxsus plastik interpretatsiyasına görə xüsusi mükafata layiq görülüb.