İncəsənət
İncəsənət

Qızıl Qlobus namizədləri açıqlandı

Qızıl Qlobus namizədləri açıqlandı

2024-cü ilin Qızıl Qlobus namizədləri açıqlanıb. 

OLAY yazır ki, ödül almağa namizəd simaların adları bu gün yayımlanıb.

Kristofer Nolanın bioqrafiyası dram, Qreta Qerviqin filmi komediya/musiqili komediya kimi təsnif edilib. Hər iki müəllif əlavə olaraq rejissorluq və ssenari üzrə namizəd olublar. Əsas mükafatlara “Çiçək Ayın Qatilləri” (Killers of the Flower Moon), “Bədbəxtlər” (Poor Things), “Tərk edilmişlər” (The Leftovers) və s. namizəd göstəriliblər.

Bununla yanaşı, Bredli Kuper, Leonarda DiKaprio kimi simalar Ən yaxşı dram aktyoru nominasiyası üzrə namizəddirlər.

Bu il hər kateqoriya üzrə nominantların sayı altıya çatdırılıb və həmçinin iki yeni nominasiya əlavə edilib.

Təqdimat yanvarın 7-dən 8-nə keçən gecə həyata keçəcək və CBC-də birbaşa yayımla təqdim olunacaq.