İncəsənət
İncəsənət

"İnsan ömrü kitab kimidir, səhifələr çevrilir, kitab bağlanır"

"İnsan ömrü kitab kimidir, səhifələr çevrilir, kitab bağlanır"

"Həyatımın 56-cı ili xoş gəldin! İnsan ömrü kitab kimidir. Hər gün bir səhifədir. Səhifələr çevrilir, kitab bağlanır. Bəzi kitablar həmin an unudulur, bəziləri qalır, insanlığa yol göstərir". 

OLAY yazır ki, bu sözləri əməkdar artist Mehriban Xanlarova ad günü menasibəti ilə "İnstagram" hesabında yazıb. 

"İnsanın həyatdakı ən böyük xəzinəsi dünyadakı çirkablığa bulaşmayaraq, vicdanını təmiz saxlaya bilməsidir. Çünki vicdan yaradan tərəfindən insanlara verilən ilahi takibdir. Mənim vicdanım rahatdır. Doğru bildiyim yolda hər zaman əlimdən gələni etmişəm və edəcəm. Atatürkün "sənətkar əl öpməz, sənətkarın əli öpülər" sözünü özümə rəhbər tutaraq, şəxsi çıxarlarım üçün heç bir qapıdan əyilərək keçmədim. Həyatda insanın özünə məxsus duruşu, əqidəsi olmalıdır. Zülmə qarşı əyilməməli və başı dik olmalıdır, əyri yox! Yanında olmalıdır, hər məzlumun. Dürüst şəkildə, qorxusuzca haqlını müdafiə etməli, haqsızı yox! Qarşısında durmalıdır zalimlərin! Sonda isə bunu demək istəyirəm ki, mən göyüzü kimiyəm. Bəzən kəskin küləyim dondurar, bəzəndə heç gözləmədiniz anda çıxan günəşim isidər. İçimdə çaxan ildırımlar səsləri bürüyər hər yeri. Göyüzü qədər bilinməz biriyəm... Özümə yalnız və yalnız cansağlığı arzulayıram. Uca Allah vətənimizi, xalqımızı qorusun. Təbriklərinizə görə hər birinizə təşəkkürlərimi bildirirəm" - deyə aktrisa yazıb.