İncəsənət
İncəsənət

Rasim Balayev və Şəfiqə Məmmədova təltif edildi

Rasim Balayev və Şəfiqə Məmmədova təltif edildi

Mədəniyyət Nazirliyinin fəxri diplomu təsis edilib.

OLAY APA-ya istinadən xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə 2 avqust – Milli Kino Günündə Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə mədəniyyət naziri Adil Kərimli deyib.

O bildirib ki, bu mükafatın təsis edilməsində məqsəd mədəniyyət sahəsində həm işləri, həm də pedaqoji fəaliyyəti ilə məşğul olanlara diqqətin göstərilməsi üçündür.

Nazir Xalq artisti Rasim Balayev və Xalq artisti Şəfiqə Məmmədovanın Mədəniyyət Nazirliyinin fəxri diplomu ilə təltif olunduqlarını bildirib.

"Düşünürük ki, bu siyahı daim genişləndiriləcək", - deyə o qeyd edib.