Tanınmış rus rəqqas və xoreoqraf Kirill Aleksandroviç Şmorqoner iyunun 21-də vəfat edib.
OLAY yazır ki, bu barədə Perm Opera və Balet Teatrı öz Teleqram kanalında məlumat yayıb.
Qeyd edək ki, 82 yaşlı sənətçi 1989-cu ildə Şmorqoner Perm baletinə rəhbərlik edib, Raxmaninovun musiqisi altında “Raymonda”, “Simfonik rəqslər”, Piazzollanın “Tanqo”, “Baxçasaray fəvvarəsi”, “Maça kraliçası” tamaşalarını qoyub. 2008-2017-ci illərdə Samara balet truppasına rəhbərlik edib. Ömrünün son günlərinə qədər pedaqoji fəaliyyətlə məşğul olub.
O, uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib.