İncəsənət
İncəsənət

“Epi xanımı rədd eləyib ki…”

“Epi xanımı rədd eləyib ki…”

Tanınmış reper Epinin (Əkbər Novruzlu) 8 gündür itkin düşən Qarayeva Səmanın evdən qaçmasına kömək etməsi iddiasına cavab verilib.

Sənətçinin köməkçisi tərəfindən OLAY-a verilən açıqlamada bildirilir ki, ifaçı köməklik üçün repçiyə müraciət edib:

“Xanımın Epi ilə bir əlaqəsi yoxdur. O, evdən uzaqlaşmaq üçün kömək istəyib. Epi isə xanımı rədd eləyib ki, belə problem yaşanmasın. Anası şüphəsi səbəbindən çıxıb verilişdə Epinin adını çəkib”. 

Qeyd edək ki, “Səni axtarıram” verilinişinin dünənki buraxılışında anası iddia edib ki, bir ildir qızı Epi ilə danışıb və övladının qaçmasına repçi köməklik göstərib.