İncəsənət
İncəsənət

“Gerçəkləşməyən arzular” təqdim edildi

“Gerçəkləşməyən arzular” təqdim edildi

“Xəzər Media Mərkəzi”ndə Azərbaycan Respublikasının QHT-ə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gerçəkləşməyən arzular” adlı qısametrajlı filmin təqdimayı baş tutub.

OLAY yazır ki, təqdimat “Azərbaycan Sahibkar Qadınlar Forumu”, “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində”, “SAF Həyat Naminə” Gənclər İB tərəfindən həyata keçirilib. Film erkən nikah və qohumların arasında nikahların mənfi fəsadları haqqında bəhs edir. 

Təqdimatda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin aparıcı məsləhətçisi Ləman Mahmudova , psixoloq Rövşən Nəcəfov, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı Polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, “Narınc Psixologiya mərkəzi”nin direktoru Narınc Rüstəmova, Xəzər TV-nin “Xəbər ertəsi” verilişin aparıcısı, jurnalist Aytən Səfərova və başqaları iştirak edib. 

Qeyd etmək lazımdır ki, filmdən başqa “Ailə dairəsində: müasir ailə problemləri” adlı layihə çərçivəsində 2 ay ərzində Xəzər FM radiosunda bu mövzu ilə bağlı veriliş efirə çıxırdı. Tanınmış ekspertlər tərəfindən dinləyicilərə ətraflı məlumatlar çatdırılırdı, gələn zənglər cavablandırılırdı.