ƏSA Teatrının aktrisası Səmayə Ağayarovanın (Qulamzadə) “Çıxış yoxdur” tamaşasından ayrılma səbəbi bəlli olub.
OLAY-ın əldə etdiyi məlumata görə, teatrın rejissoru Nihad Qulamzadə ilə evli olan sənətçi hamilədir.
Cütlüyün oğlu dünyaya gələcək.
Bu səbəbdən də o, rol aldığı tamaşadan ayrılıb. 14 iyunda baş tutacaq tədbirdə gecədə onun yerinə Ləman Mərrih performans sərgiləyəcək. Aktrisa İnes obrazını canlandıracaq.
Qeyd edək ki, tamaşada Jan-Pol Sartrın 1944-cü ildə yazdığı “Bağlı qapı arxasında” adlı pyesində ölümlərindən sonra əbədi olaraq bir otaqda qapalı qalmağa məhkum edilən üç nəfərdən bəhs edilir. Bu, Sartrın ən aktual pyeslərindən sayılır və yazıçı haqqında araşdırmaların istiqamətini müəyyən edir. Bağlı qapıları olan geniş bir otaqda üç tamamilə fərqli insan var. Onlar tanış deyillər və bir-biriləri ilə heç bir əlaqələri yoxdur. Halbuki onların hər biri digərinin cəlladıdır və otağın özü cəhənnəmdən başqa bir şey deyil.
Onu da bildirək ki, fəlsəfi-dramın quruluşçu rejissoru Nihad Qulamzadə, əsas rolların ifaçıları Elşən Əskərov, Lalə Süleymanova və Səmayə Ağayarovadır.