İncəsənət
İncəsənət

“Bu şəhərdə”dən gec gələn Təcili yardıma tənqid!

“Bu şəhərdə”dən gec gələn Təcili yardıma tənqid!

“Dünən Milli Parkda (Bulvarda) bir dostumun, yıxıldığına görə çiyni sındı. Təcili yardıma zəngdən sonra 40 dəqiqə gözlədi, heç kim gəlmədi”.

OLAY yazır ki, bu sözlər “Bu şəhərdə” prodakşının instaqram səhifəsində qeyd olunub.  Paylaşımda gec gələn Təcili tibbi yardım işçilərinə irad bildirilib:

“Sonra xəstəxanaya taksi ilə aparıblar. Hadisədən hətta bir neçə gündən çox vaxt keçib, indiyə kimi təcili yardımdan heç zəng yoxdur. Hörmətli (103) təcili yardım, and verirəm sizi Hippokratın goruna gəlməyin, pasient artıq evdədir. Allah Heç kimin ( təcili yardımda işləyənlərində) işini xəstəxanaya, təcili yardıma salmasın. Nə yaxşı ki, bizdə - qınadığımız, gileyləndiyimiz “prius” taksilər var”.