İncəsənət
İncəsənət

“Aynişana ata nəvazişi göstərdiniz…”

“Aynişana ata nəvazişi göstərdiniz…”

Aybəniz Haşımova mərhum Əməkdar artist Elxan Qasımov barədə paylaşım edib.

OLAY yazır ki, Əməkdar artist qızı Aynişanla mərhum sənətçinin fotolarını izləyicilərlə bölüşərək bu sözləri yazıb:

“Bu film yaxşı ki, çəkildi. Yaxşı ki, Elxan müəllimi əyani olaraq bu filmdə daha yaxından tanıdıq, onunla yol getmək qismətimiz oldu. Yaddaşlarda hər zaman gözəl qalacaq insan Elxan Qasımovun əbədiyyəti mübarək. Yeni ünvanı behişt olsun. Allah həsrətində olduqları ilə görüşdürsün onu. Balaca Həsənimin, qızım Aynişanın filmdə də olsa, heç vaxt görmədiyi, bilmədiyi ata nəvazişi göstərdi. Allah ondan razı olsun. Getdiyi yolda ona əzab verməsin. Ruhu şad olsun”.

Xatırladaq ki, Elxan Qasımova aorta anevrizmasının partlaması diaqnozu səbəbilə vəfat edib.