Ötən gün türk müğənni Sılanın konsertində azərbaycanlı Sıla adlı qızcığazın səhnəyə çıxmağı müzakirə yaradıb. Sənətçi ilə olan görüşünə görə diqqət çəkən Sılanın kimliyi maraq doğurub. Onun imkanlı və vəzifəli şəxsin övladı olması barədə sosial şəbəkədə əks etdirilib.
OLAY-ın əldə etdiyi məlumata görə, Sıla Ağabalayeva 4 may 2018-ci ildə doğulub. 5 yaşlı qızın atası Şükür Ağabalayev gəmiçidir və Sılanın pərəstişkarıdır.
“Qızımın adını ona görə Sıla qoymuşam ki, mənası uzun zaman sonra sevdiyinə qovuşan deməkdir. Mən də gəmiçiyəm. Aylarla Sıladan uzaq qalıram, amma sonunda Allah yenə də qovuşmağımızı nəsib edir”, - deyə, o, bildirir.
Qeyd edək ki, Ş.Ağabalayev bundan öncə də qızını sənətçinin Bakıda keçirilən ilk konsertinə gətirib və onu ön sıradan izləyiblər. Ötən gün isə müğənnini hədiyyələrə qərq ediblər.