İncəsənət
İncəsənət

Gülnarə Xəlilovanın kolleksiyası Azərbaycan Moda Həftəsində

Gülnarə Xəlilovanın kolleksiyası Azərbaycan Moda Həftəsində

Azərbaycan Moda Həftəsinin 14-cü mövsümünün açılışında məşhur dizayner Gülnarə Xəlilovanın “Cizgi” kolleksiyası təqdim olunub.

OLAY yazır ki, maraqla qarşılanan dəfilə tamaşaçıların alqışları ilə müşayiət olunub

Gülnarə Xəlilova-Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiyada və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.