Ötən gün Türkiyənin tanımış alimləri Celal Şengör və İlber Ortaylı Bakıda olub.
OLAY yazır ki, hər iki elm adamı ilə görüş baş tutub. Onların paytaxtdan yayılan videoları sosial şəbəkələrdə maraqla qarşılanıb.
Xüsusilə də Şengörün kitab imzaladağı zaman ölkəmizlə bağlı dedikləri gündəm olub:
“Mən Bakıya köçüb burada yaşayaram. Tərtəmiz şəhərdir, gəncləri maraqlıdır. Bura nəfis məmləkətdir. Mən bu gün dedim ki, keçmiş hərbçiyəm, Türkiyə üçün canımı verərəm. Amma Azərbaycan üçün də ölərəm. Biz bir millətik”.