Azərbaycanın ilk qorxu filmi “Xənnas” 6 il sonra yenidən kinoteatrlarda nümayiş ediləcək.
OLAY yazır ki, bu barədə layihənin rejissoru Elvin Abdulla məlumat paylaşıb.
Ekran işi 6 apreldən kinosevərlərə təqdim ediləcək.
Qeyd edək ki, filmdə Hikmət Rəhimov, Nərgiz Əliyeva, Pərvin Abıyeva, Zarina Qurbanova, Türkay Cəfərli, Azər Aydəmir kimi sənətçilər yer alıb.