İncəsənət
İncəsənət

“Möcüzəli pillələr” nümayiş olundu

“Möcüzəli pillələr” nümayiş olundu

10 Mart - Milli Teatr Günü münasibətilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Teatrda bir gün” layihəsi çərçivəsində “Açıq qapı” günü keçirilib.

Teatrın mətbuat xidmətindən OLAY-a bildirilib ki, layihə əsasında teatra dəvət olunan qonaqlar və tamaşaçılar üçün sənət ocağının foyesində qısa gəzinti təşkil olunub. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 10 Mart – Milli Teatr Günü ilə bağlı teatrda bir sıra televiziya kanallarının iştirakı ilə telemarafon da keçirilib.

Daha sonra Xalq artisti Ağaxan Salmanlının “Möcüzəli pillələr” pyesi əsasında eyniadlı tamaşa nümayiş etdirilib.

Quruluşçu rejissoru Nicat Kazımov olan tamaşada Əməkdar artist Elnur Bəhrəmxan, aktyorlar İlhan Sadıqov, Ramil Məmmədov, Anar Seyfullayev, Elşən Şıxəliyev, Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva, Müşfiq Əliyev, Yusif Dadaşov, Anar Səfiyev, Xaliq Bəkirov, Aygün Fətullayeva, Bəhram Əliheydər, Nurlan Süleymanlı, Araz Pirimov, İlahə Əmirxanova və Hüseyn Bayramov iştirak ediblər.

Səhnə əsərinin hazırlanmasında əsas məqsəd tamaşaçını teatr mühiti ilə, tamaşanın qurulması, aktyorları qrim otağından səhnəyə qədər aparılan hazırlıq prosesi ilə tanış etməkdir. Yarıbədii, yarıpraktik tamaşada izləyicilər özləri də prosesin iştirakçılarına çevrilirlər. “Möcüzəli pillələr” həm teatr haqqında məlumat verir, həm də səhnənin sirli məqamlarını açır.