İncəsənət
İncəsənət

“Göz həkimi”nin fotoları 68 il sonra yayıldı

“Göz həkimi”nin fotoları 68 il sonra yayıldı

1955-ci ildə təqdim edilən “Göz həkimi” tamaşasının görüntüləri illər sonra yayılıb.

OLAY yazır ki, sözügedən fotoları qrafik dizayner Rəsul Həsən sosial şəbəkə hesabında paylaşıb. Həmin şəkillərin fotoqraf Lev Abramoviç tərəfindən lentə alındığı bildirilib.

Görüntülərində Xalq şairi Səməd Vurğun, SSRİ Xalq artisti Ələsgər Ələkbərov, Əməkdar incəsənət xadimi İslam Səfərli, rejissor Adil İsgəndərov yer alıb.

Məlumat üçün onu da qeyd edək ki, tamaşa Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında oynanılıb.