İncəsənət
İncəsənət

“İllərdir gələni yoxdur...”

“İllərdir gələni yoxdur...”

Aktyor Sənan Ellez mərhum rejissor və aktyor Ceyhun Mirzəyevlə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi bu gün ölüm ildönümü olan Mirzəyevin məzarını ziyarətə gedib.

“Bu gün Ceyhunun 46 yaşında dünyadan köçdüyü gündür. Vaxtaşırı gedib qəbrini ziyarət edirəm, başdaşının toz-torpağını təmizləyirəm. Orada yasin oxuyan kişi deyir ki, illərdir gələni yoxdur. Allah sənə rəhmət etsin, Ceyhun”, - deyə, S. Ellez paylaşımında qeyd edib.