İncəsənət
İncəsənət

“Əqrəb mövsümü”nün rejissoru mükafatın qalibi oldu

“Əqrəb mövsümü”nün rejissoru mükafatın qalibi oldu

Bu gün “IV Müasir Audiovizual Baxış” mükafatının təqdimetmə mərasimi baş tutub.

OLAY yazır ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən məlumat paylaşılıb.

Mükafat ənənəvi olaraq hər il “Cinema Radio” Kino-Radio Kanalının sorğuları əsasında, il ərzində audiovizual sahədə əldə edilən nailiyyətlərə əsasən verilib.

Bu il isə qalib rejissor Emil Quliyev olub.

Qeyd edək ki, E.Quliyev “Pərdə” trilogiyası, “Körpü” və “Əqrəb mövsümü” teleserialları ilə tamaşaçıların rəğbətini qazanıb. Onun “Ümid” bədii filmi Tulada Qısametrajlı Filmlərin Festivalında və Mazandaranda VIII Beynəlxalq “Varesh International Film Festival”ında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.

O, həmçinin 2021-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının – “Pərdə” trilogiyasında sosial-mənəvi problemlərin uğurlu kino həllinə görə” illik mükafatına layiq görülüb.