İncəsənət
İncəsənət

Ömər Eldarov “Qızıl medal”la təltif edildi

Ömər Eldarov “Qızıl medal”la təltif edildi

Xalq rəssamı Ömər Eldarov 95 illik yubileyi münasibətilə rektoru olduğu Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) tərəfindən “Qızıl medal” və fəxri fərmanla təltif edilib.

OLAY yazır ki, bu barədə ADRA məlumat paylaşıb.

Ö. Eldarovun bu mükafata incəsənət sahəsində böyük nailiyyətlərinə, Azərbaycan-Rusiya mədəni əlaqələrinin möhkəmlənməsi və inkişafında iştirakına görə layiq görüldüyü qeyd edilib.