İncəsənət
İncəsənət

“Atabəylər”lə bağlı müsabiqə elan olundu

“Atabəylər”lə bağlı müsabiqə elan olundu

Azərbaycanın ilk çoxseriyalı tarixi bədii-televiziya filmi – “Atabəylər: Şəmsəddin Eldəniz” filminin musiqi tərtibatının (soundtrack) hazırlanması üçün müsabiqə elan olunur.

OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, iştirakçılar 25 dekabrdan etibarən istənilən janrlar üzrə öz bəstələrini təqdim edə bilərlər.

Filmdə möhtəşəm döyüş səhnələri ilə yanaşı, dövlətçilik, sevgi, ayrılıq, xəyanət, drama, sevinc, təlaş və sair mövzular yer alacaq. Bu səbəbdən, müsabiqə üçün musiqilərin leytmotivini təqdim edərkən filmin mahiyyəti, dəyişən səhnələr və epizodlar mütləq nəzərə alınmalıdır.

Müsabiqənin şərtləri üçün klikləyin.