Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Kukla teatrının direktoru Rəşad Əhmədzadənin ittihamlarına münasibət bildirib.
Bu barədə nazirliyin Mətbuat Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova OLAY-a məlumat verib. Bildirilib ki, Kukla Teatrı ilə bağlı ictimaiyyətə kifayət qədər açıqlama verilib:
“Bu, daxili qaydada, tam səlahiyyətlərimiz çərçivəsində aparılan yoxlamadır. Ona görə də artıq xüsusi açıqlama verilməyəcək”.
Qeyd edək ki, R. Əhmədzadə OLAY-a müsahibəsində teatrda aparılan yoxlamalarla bağlı bir sıra iddialar irəli sürüb.