İncəsənət
İncəsənət

Heydər Əliyevin anım tədbiri keçirildi

Heydər Əliyevin anım tədbiri keçirildi

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

OLAY yazır ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Ümummilli Liderin böyük xilaskarlıq rolundan, müasir, müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb və onun mədəniyyət işçilərinə həmişə böyük diqqət və qayğı göstərdiyini vurğulayıb. Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən danışaraq müdrik rəhbərin mədəniyyət sahəsinin inkişafına xüsusi önəm verdiyini bildirib.

Tədbir konsert proqramı ilə davam edib.