İncəsənət
İncəsənət

Sənətçilərimizdən 18+ tamaşa…

Sənətçilərimizdən 18+ tamaşa…

Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrının “Çıxış yoxdur!” fəlsəfi dramının növbəti tamaşası keçirilib.

OLAY yazır ki, Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa məşhur fransız yazıçı, ədəbiyyat üzrə Nobel mükafatçısı Jan-Pol Sartrın “Bağlı qapılar arxasında” əsəri (1944) əsasında hazırlanıb.

Tamaşada rolları Elşən Əskərov, Lalə Süleymanova və Səmayə Qulamova (Ağayarova) canlandırır. Gənc sənətçilər 18+ tamaşada performansları ilə yadda qalıblar. Əsərdə üç şəxsin zəncirvari şəhvət hissi xüsusi vurğulanıb. Tamaşadakı cəsarətli sevişmə səhnələri də diqqət çəkib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, prodüseri Nicat Qulam, işıq üzrə rəssamı Binyamin Sailovdur.