Noyabrın 20-i Ümumdünya Uşaq Günü ilə bağlı xeyriyyə konserti keçirilib.
OLAY yazır ki, Azərbaycan Uşaq Fondunun təşkilatçılığı ilə baş tutan tədbir DTX Mədəniyyət Mərkəzində olub.
Fondun sədr müavini Zəhra Bədəlbəyli deyib ki, bütün dünyada olduğu kimi bu günlə bağlı möhtəşəm tədbir keçirmək qərarına gəliblər. Həmçinin Z. Bədəlbəyli bildirib ki, zalda SOS uşaq kəndinin sakinləri və hemofiliyadan əziyyət çəkən uşaqlar yer alıb.
İslam Mehrəliyev və Aysel Zahidqızının aparıcılıq etdiyi konsertdə Əməkdar artist Elza Seyidcahan, müğənnilər Zamiq Hüseynov, Sevda Yahyayeva, Elnarə Xəlilova, Rilaya kimi məşhurlar çıxış edib.
Uşaqlara öz yazdıqları nağılların toplusu olan kitablar hədiyyə olunub.