İncəsənət
İncəsənət

Fikrət Əmirovun 100 illiyinə daha bir konsert həsr olundu

Fikrət Əmirovun 100 illiyinə daha bir konsert həsr olundu

Dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən musiqi festivalı davam edir.

OLAY yazır ki, 12-23 noyabr tarixini əhatə edən festival çərçivəsində noyabrın 17-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında daha bir konsert proqramı təqdim olunub.

Musiqi axşamının tamaşaçıları arasında Mədəniyyət Nazirliyi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər olub.