Bloger Aynişan Quliyeva növbəti izləyicisi ilə gərginlik yaşayıb. 

OLAY yazır ki, influenser bir istifadəçinin “Bu kimi insanlar özlərini göstərməkdən başqa bu cəmiyyətə bir fayda verirlər?”,- rəyindən narahat olub.  O, həmin şərhi instaqram hekayəsində paylaşaraq abunəçiləri ilə sorğu-sual edib və bu sözləri yazıb: 

“Gəlin xanımı bir az məlumatlandıraq”.

Aynişan yenə izləyicisi ilə gərginlik yaşadıQuliyevanın izləyiciləri onun gördüyü işlər, uğurları, gözəlliyi barədə məlumatlar yazıb.  Aynişan sözügedən rəyləri “story”də yayaraq “ümid edirəm ki, xanımı bu gecə məlumatlandırdıq. O da, biz də rahat yata bilərik”,- sözlərini qeyd edib.

Qeyd edək ki, bloger bundan əvvəl bir izləyicisi barədə hüquq-mühafizə orqanlarına şikayət ünvanlamışdı.

Aynişan yenə izləyicisi ilə gərginlik yaşadı Aynişan yenə izləyicisi ilə gərginlik yaşadı