Builki Avroviziya təmsilçilərimiz Tural və Turan Bağmanov qardaşları saçlarını sarı rəngə boyatdırıblar. 

OLAY yazır ki, onlar birinci yarımfinal məşqləri üçün Liverpula getməmişdən əvvəl belə bir addım atıblar.

Yarışma üçün saçlarının rəngi dəyişdirildi“Obrazın tamamlanması üçün rəng mütləq ki, olmalı idi”,- deyə əkizlərin stilisti ilə məşğul olan Niko Lab bildirib. 

Qeyd edək ki, TuranTuralX səhnə adı ilə çıxış edəcək müğənnilər hazırda Böyük Britaniyadadırlar. Onlar “Tell me more” mahnısı ilə 1-ci yarımfinalda səhnəyə çıxacaqlar.

Yarışma üçün saçlarının rəngi dəyişdirildi