Los-Ancelesdə “Victoria’s Secret” brendinin ənənəvi möhtəşəm moda nümayişi keçirilib.
OLAY yazır ki, şounun kulisində modellər podiuma çıxmağa fəal şəkildə hazırlaşıblar. Saç ustaları ulduzların saçlarını bigudilərlə formaya salıb, vizajistlər isə onların makiyajını ediblər. Modellərin əksəriyyəti kameralardan çəkinməyib və hazırlıq prosesi zamanı fotoqraflara pozalar veriblər.