Dünyaca məşhur alman aktrisa, model Heidi Klum uşaqlıqda necə göründüyünü ilk dəfə təqdim edib.

OLAY yazır ki, 49 yaşlı model 1980-ci illərdə Halloween geyimində poza verən fotolarını izləyiciləri ilə bölüşüb. O, əvvəllər geyimlərinin fərqli olduğunu bildirib.

Klum şəkillərin altına “80-ci illərdə kostyumlarım fərqli görünürdü”,- deyə vurğulayıb.

Xatırladaq ki, Heidi Klum 2019-cu ildən Tokio Hotelin keçmiş üzvü Tom Kaulitzlə evlidir. Bundan əvvəl model musiqiçi Seal ilə ailəli olub. Cütlüyün dörd övladı var.

Uşaqlıqda necə göründüyünü göstərdi