Rəqsanə İsmayılovanın yeni fotoları sosial mediada müzakirə edilib.
OLAY yazır ki, Kraliça I Elizabetdən ilhamlanan obrazını paylaşan müğənninin tarixi estetikanı müasir səhnə dili ilə birləşdirən bu fərqli görünüşü izləyicilərin diqqətini çəkib. Onun “Aycan Aycan” adlı mahnı üçün kamera qarşısına keçdiyi bildirilib.
Qeyd edək ki, “Aycan Aycan” klipinin obrazları üzərində stilist Prens Jamal, saç və makiyaj üzrə isə Babək Qədirov çalışıb.