Hollivud ulduzu Ceki Çanın baş rolda çəkildiyi "Tanrının zirehi 4: Ultimatum" ("Armour of God 4: Ultimatum") filminin bəzi səhnələri Azərbaycanda lentə alınır.
OLAY Axşam.az-a istinadla yazır ki, çəkiliş zamanı kaskadyorluq səhnələrindən birində aktyorun qolu zədələnib. Həmin an lentə alınan görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoda Ceki Çanın qolunu tutaraq ağrı hiss etdiyi görünür. Görüntülər izləyicilər arasında narahatlıq yaradıb. Aktyorun pərəstişkarları paylaşımın şərh bölməsində ona tezliklə sağalması ilə bağlı xoş arzularını çatdırıblar.