Türkiyənin tanınmış aktyoru Ufuk Özkan üçün donor tapılıb.
OLAY yazır ki, donor aktyorun rol aldığı seriallardan birində kadrarxasında çalışıb.
Bununla bağlı Ufukun qardaşı Umut Özkan məlumat yayıb:
“Xoşbəxtlikdən donor axtarışımızın sonuna yaxınlaşırıq. Hazırda proses 90% müsbət irəliləyir. Əgər hər şey müsbət davam edərsə, nəticələri bazar ertəsi günü həkimlərimizlə birlikdə sizinlə bölüşəcəyik. Bu proses boyunca bizimlə olan və heç vaxt tək hiss etdirməyən hər kəsə səmimi qəlbdən təşəkkür edirik. Qardaşım Ufuk Özkan və ailəmiz adından dərin minnətdarlığımızı bildiririk”.