Müğənni Rihanna və Eysəp Rokki bütün övladları ilə birlikdə böyük qastrol səfəri üçün Nyu-Yorkdan ayrılıblar.

OLAY yazır ki, məşhur ailə musiqiçinin planlaşdırılan genişmiqyaslı konsert turu çərçivəsində Avropaya yollanıb.

Paparatsiyalar çoxuşaqlı cütlüyü hava limanına getməzdən əvvəl “Four Seasons” otelindən çıxarkən görüntüləyiblər. Cütlük səfər zamanı bir-birindən ayrı qalmamaq üçün dörd yaşlı RZA, üç yaşlı Riot və 11 aylıq qızları Rokki Ayriş də daxil olmaqla bütün ailəlikcə səyahət etməyə qərar verib.

Tura ailəsi ilə yollandı Tura ailəsi ilə yollandı Tura ailəsi ilə yollandı