40 yaşlı supermodel İrina Şeyk rəfiqələri ilə bir araya gəlib.
OLAY yazır ki, model 35 yaşlı Emili Ratakovski və Aleks Konsani ilə şam yeməyində iştirak edib. Axşamdan olan fotoları isə onlar sosial media hesablarında paylaşıblar.
Şəkillərdə Şeyk və Ratakovski dərin sinə dekolteli qara geyimlərdə obyektiv qarşısına keçiblər. Görüş zamanı ulduzlar müasir dövrün ən məşhur modellərindən biri olan Aleks Konsaninin bu yaxınlarda qeyd etdiyi ad gününü də birlikdə qeyd ediblər.