Məşhur aparıcı Aytıkin Mərdanova qızı ilə bağlı paylaşım edib.

OLAY yazır ki, Mərdanova qızı Nərgizin doğum günü ilə bağlı fotolarını paylaşaraq bunları yazıb:

“Düz 12 il əvvəl həyatımın ən qiymətli hədiyyəsi, əvəzolunmaz sevgisi, gözəl gözlü Nərgizim dünyaya göz açdı. Sanki dünən balaca əllərindən tutub ilk addımlarını izləyirdim, indi isə qarşımda xəyalları, düşüncələri böyüyən gözəl bir qız dayanıb. Gözəl qızım, sən doğulduğun gündən bu yana mənim dünyaya baxışım dəyişib. Artıq hər addımımda səni düşünürəm, hər duamda adın var. Həyəcanımın da, sevincimin də səbəbi sənsən. Sən mənim ən həssas yerimsən, Nərgizim. Həyatın həmişə üzün kimi işıqlı, qəlbin kimi gözəl olsun. Heç vaxt gülüşün solmasın, arzuların yarım qalmasın. Bil ki, sən nə qədər böyüsən də, mənim üçün həmişə o şirin baxışlı, gül qoxulu balaca qızım olaraq qalacaqsan. Səni çox sevirəm, Nərgizim. Doğum günün mübarək Nərgizim”

“Sən mənim ən həssas yerimsən” “Sən mənim ən həssas yerimsən” “Sən mənim ən həssas yerimsən”