Müğənni Rihanna həyat yoldaşı Eysəp Rokki ilə birlikdə Nyu Yorkda bir oteldən çıxarkən görüntülənib.
OLAY yazır ki, 38 yaşlı Rihanna bu çıxışı üçün mavi-ağ zolaqlı uzun libas və ağ idman ayaqqabıları seçib. Onun ən diqqətçəkən aksesuarı isə qızılı rəngdə, xərçəng pəncəsi formasında saç aksessuarı olub. Eysəp Rokki isə böyük ölçülü tünd rəngli köynək, qara şalvar və çəkmələr geyinib.