Rihanna və Eysəp Rokkinin ortancıl oğlu ilk dəfə “Arena Homme+” jurnalının üz qabığında yer alıb.

OLAY yazır ki, üç yaşlı Riot jurnalın 2027-ci il qış-yaz buraxılışının altı fərqli üz qabığının qəhrəmanı olub. Fotosessiyanın müəllifi fotoqraf Oliver Hedli Pirçdir.

Balaca Riot çəkiliş zamanı bir neçə lüks geyim və aksessuarla kamera qarşısına keçib. O, “Chanel”in tüvit pencəyini, “Chopard”ın brilyant və yaqutlarla bəzədilmiş boyunbağını, naxışlı cins dəstini, ağ boğazlı kofta ilə tünd göy paltonu və bereti sınaqdan keçirib. Fotolardan birində isə Riot “Louis Vuitton”un gümüşü rəngli çamadanının üzərində dayanaraq poza verib.

Fotosessiyada Rihanna da iştirak edib. 38 yaşlı müğənni kadrlardan birində 2023-cü ildə “Super Bowl” zamanı ikinci hamiləliyini elan edərkən geyindiyi simvolik qırmızı “Loewe” kombinezonunda görüntülənib.

Rihannanın oğlu jurnal siması oldu Rihannanın oğlu jurnal siması oldu Rihannanın oğlu jurnal siması oldu Rihannanın oğlu jurnal siması oldu