Müğənni Rihanna Paris Moda Həftəsində möhtəşəm qızılı geyimdə görünüb.

OLAY yazır ki, 38 yaşlı müğənni Fransa paytaxtında yerləşən “César” restoranından çıxarkən bütün diqqətləri üzərinə çəkib. O, parlaq, yubkalı və çiyinləri vurğulayan kostyum, həmçinin qara dikdaban ayaqqabılar geyinib.

Geyim həcmli çiyinlərdən tutmuş yubkanın aşağı hissəsindəki saçaqlara qədər teksturalı qızılı detallarla bəzədilib. Rihanna obrazını pencəyin altından geyindiyi şəffaf qara büstqalter və iri qızılı çokerlə tamamlayıb.

Rihanna göz qamaşdırdı Rihanna göz qamaşdırdı Rihanna göz qamaşdırdı Rihanna göz qamaşdırdı