“Victoria's Secret” brendinin “mələyi” və model Elsa Hosk yeni fotolarını izləyiciləri ilə bölüşüb.
OLAY yazır ki, o, İnstaqram səhifəsində yeni doğulmuş qızını əmizdirdiyi anları əks etdirən şəkillər yayımlayıb.
Fotolarda Elsa çəhrayı kostyum - düymələri açıq köynək və şalvar geyinərək, görünüşünü gün eynəyi ilə tamamlayıb. Ulduzun obrazını səliqəli buruqlar və zərif “nude” makiyaj tamamlayıb.