Aktyor Robert Pattinson açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi “date”lər zamanı qarşı tərəfdə xoşuna gələn xüsusiyyətlərdən danışıb. Pattinson bildirib ki, görüş zamanı hesabı qızın ödəməyi onun üçün cəlbedicidir:

“Mən qızın gizlicə pul ödəməyini kifayət qədər seksual hesab edirəm. Düşünürəm ki, o mənim qayğıma qalacaq”.

Pattinsonun “The Drama”dakı tərəf müqabili Zendaya isə Tom Holland ilə münasibətində bəzən hesabı özü ödəyə bildiyini, amma daha çox Tomun pul xərclədiyini deyib.

Aktrisa etiraf edib ki, ilk görüşdə kişinin hesabı ödəməsi onun üçün xoş olur. Onun fikrincə, bu, cəngavərsayağı davranışdır.

“Qızın hesab ödəməyi seksual görünür” “Qızın hesab ödəməyi seksual görünür”