Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı Maksim Qalkin Yurmalada keçirilən “Rendezvous” festivalının ikinci gününə qatılıblar.
OLAY yazır ki, 77 yaşlı Alla Puqaçova tədbirə tam qara üslubda qatılıb. O, dəri kofta, düz biçimli uzun ətək və iti burunlu dəri botilyon geyinərək görünüşünü iri həcmli zinət əşyaları ilə tamamlayıb. 50 yaşlı Maksim Qalkin isə beldən oturan pencəkdən ibarət boz-qəhvəyi rəngli ikidüyməli kostyuma üstünlük verib.