Texnologiya sahəsində milyonçu Adam Robinson və ailəsi ABŞ-nin Florida ştatında baş verən təyyarə qəzasında həyatlarını itiriblər.
OLAY yazır ki, qəza anının görüntüləri sosial şəbəkələrdə geniş yayılıb. Palm-Biç dairəsinin yaşayış ərazisində magistral yolun yaxınlığına düşən “Learjet 60” tipli şəxsi təyyarədəki 9 nəfərin hamısı həlak olub.
Həlak olanlar arasında 44 yaşlı Adam Robinson, 40 yaşlı həyat yoldaşı Helen Şarp və onların azyaşlı övladları – Emma və Çarli də var.
Ailə başçısının doğum gününü qeyd etmək üçün Texas ştatının Ostin şəhərindən Baham adalarına yola düşüb. Təyyarədə, həmçinin ailənin uşaqlarına baxan dayə, onların iki rəfiqəsi və iki pilot olub.
Pilotlardan biri 55 yaşlı Cefri Qreqori, ikinci pilot isə 20 yaşlı Nataliya Filqeyras olub. Nataliya 17 yaşında pilot lisenziyası alıb və qəza baş verənədək 1300 saatdan çox uçuş təcrübəsi qazanıb.